Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“İran Azərbaycanın hərbi əməliyyatlar keçirməsinə şərait yaradacaq” – Politoloq

“İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani 1993-cü ilin 8-9 noyabr tarixlərində Bakıya səfərə gəldiyi zaman Zəngilan işğal olunub”.

Bunu Simsar.az-a İran prezidenti Həsən Ruhaninin Azərbaycan səfərini, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanжт hərbi helikopterini vurması ilə əlaqələndirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, İranın hazırki prezidenti Həsən Ruhani Azərbaycana qədəm qoyan kimi azərbaycanlı hərbçi İlkin Muradov ermənilərin olduqca əhəmiyyətli texnikasını – helikopterini vurub: “Bu, olduqca mühüm psixoloji parametirdir. Təəccüblüdür ki, İran prezidentləri Azərbaycana qədəm qoyan kimi Dağlıq Qarabağla bağlı mühüm hadisə baş verir. 1993-cü ildə Azərbaycan böyük məğlubiyyətlə üzləşdi. Bu dafə isə Azərbaycan psixoloji üstünlük əldə etdi. Bu isə o dəkdir ki, İran-Azərbaycan münasibətlərində psixoloji fon dəyişir”.

Politoloq bildirib ki, H.Rühani Azərbaycana səfəri zamanı mühüm sənədlər də imzalayıb: “İmzalanan sənədlər içində sərhəd çaylarının tənzimlənməsi ilə bağlı müqavilə də var. Müqavilədə olan məsələlər olduqca önəmlidir. Məndə olan məlumata görə, Azərbaycan və İran iki ölkə arasında mövcud olan Arazboyu sərhədləri qaydaya salmağa hazırlaşırlar. Hazırda Araz çayının Azərbaycan tərəfində olan sərhədlərinin bir hissəsi erməni işğalı altındadır. Əgər hər iki ölkə Arazboyu sərhədlərin tənzimlənməsi məsələsi ilə məşğul olacaqlarsa, deməli, ermənilər bu ərazidən qovulacaqlar. Tənzimlənmə işlərinin aparılması üçün ilk növbədə Arazboyu sərhədlər Azərbaycan tərəfində olmalıdır. Bu ondan xəbər verir ki, İran Azərbaycan hərbiçilərinə Arazboyu sərhədləri ermənilərdən təmizləməyə şərait yaradacaq. Məh buna görə də Ruhan hakimiyyətə gələndən İranla bağlı optimistəm”.

M. Qurbanlının fikrincə, onun komandası olduqca yüksək səviyyədədir.

Hüseyn İbadlı







14 Noyabr, 2014  10:22 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner