Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Çin dünya ağalığına can atır

Çin yaxın illərdə dünya liderliyini ABŞ-dan alacaq.

ANS PRESS-in məlumatına görə, məşhur "Wall Street Journal" nəşri yazır ki, Çin rəhbərtliyi II Dünya Müharibəsində ABŞ-ın həyata keçirdiyi “Marşal planı”nı həayata keçirməyə hazırlaşır.

Məqalədə deyilir ki, Çin rəhbəri Xi Jinping ölkəsinin “Marşal planı”nı elan edir. Baxmayaraq ki, bir müddət əvvəl Den Xiaping Çinin beynəlxalq aləmdə liderlikdən uzaq olmasını vacib sayırdı. Artıq Çin üçün bu əngəl qalmayıb.

Xi Jinpingin təklif etdiyi Azad Ticarət Zonası planı ABŞ-ın dəstəklədiyi Trans-Sakit Okean Tərəfdaşlığından genişdir.

Çin 40 milyard dollarlıq İpək Yolu Fondu yaradır. Bu fond limanlar, avtomobil yolları, dəmiryolları tikilməsinə sərf olunacaq. Bəziləri Xi Jinpingin bu planına “Marşal planı” adını verib. Vaxtilə ABŞ Almaniyanı "Marşal planı" ilə dirçəltdi.

Çinin maliyyə imkanı böyükdür. Çinin 4 trilyon dollarlıq ehtiyatı var. Ancaq bu ehtiyatın çoxu ABŞ-ın aşağı faizli istiqrazlarında, hökumət bondlarındadır. Çinin ehtiyatını daha sərfəli şəkildə istifadə etmək istəyir.

Azad Ticarət Zonası Çin mallarına tələbatı yüksəltməlidir. Bundan başqa Çin pulu yuan beynəlxalq pula çevriləcək.

Qəzet Çinin ABŞ-la rəqabətə girməsi haqda yazır ki, Çin faktiki olaraq Asiya ölkələrinə seçməyi təklif edir.

Ancaq nəşr Çinin avtoritar idarəçiliyinə işarə edərək yazır ki, bütün iqtisadi müsbət tərəflərinə baxmayaraq Asiya ölkələrinin avtoritar hökumətlərə etibar etməməsinin səbəbləri var.







13 Noyabr, 2014  20:58 Baxılıb: 681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner