Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı-2015 Avropa Oyunlarına 12 min könüllü cəlb ediləcək

Bakı-2015 Avropa Oyunlarının Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına hazırlıqla bağlı təqdimat mərasimi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir Politexnik İnstitutunda keçirilən tədbirdə şəhər Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək bildirib ki, Bakı ilə yanaşı Mingəçevir də Avropa Oyunlarına ev sahibliyi edəcək.

Avropa oyunlarının bütün Azərbaycana fayda gətirəcəyini deyən K. Nəcəfli qeyd edib ki, Mingəçevir şəhərini dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək yerli könüllülərin olması vacibdir: “Bu işə Mingəçevirdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində təhsil alan tələbələrin cəlb edilməsi nəzərdə tutulur”. İdarə rəisi mingəçevirli gənclərin hər bir sahədə uğur qazandığını və bu könüllülük işində də onların öz fəallıqları ilə seçiləcəklərinə əminliyini bildirib.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari isə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Kompleksinin avarçəkmə mərkəzinin yüksək keyfiyyətli bir idman obyekti olduğunu bildirib. Beynəlxalq standartlar əsasında inşa edilən bu idman kompleksinin region, eyni zamanda bütün ölkə üçün uzun müddət fayda verəcəyini bildirən U. Lui-Mari qeyd edib ki, yarışlara 12 min könüllü, o cümlədən Mingəçevirdən 300 nəfər könüllü cəlb ediləcək.






13 Noyabr, 2014  20:43 Baxılıb: 734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner