Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda tıxacın sirri tapıldı - DYP-dən AÇIQLAMA

Vaqif Əsədov: «Bakıda tıxacın əsasə səbəbi dərs ilində valideynlərin məsuliyyətsizliyidir»

Artıq 2 gündür ki, Bakıda tıxac azalıb. Günün bəzi saatlarında isə ümumiyyətlə, tıxaca rast gəlmirik. Maraqlıdır, bayram deyil, qeyri-iş günü deyil. Bəs, necə oldu ki, tıxac azaldı?

Müşahidələr göstərir ki, son günlər məktəblərdə tətilin başlaması tıxacın azalmasına səbəb olub. Xüsusən də günün pik saatlarında tıxacsız Bakını görmək bəzilərinə qəribə gəlir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, son günlər şəhərdə tıxac müşahidə olunmur: «Hərəkət demək olar ki, tam normaldır. Təkcə Bakı-Sumqayıt yolunda üzü şəhərə tərəf hərəkət zamanı sıxlıq müşahidə olunur. Bu da həmin ərazidə yeni dəmiryol xəttinin tikintisi ilə bağlıdır».

Vaqif Əsədov bildirib ki, son 2 gündə Bakıda tıxacın azalması məktəblərin tətilə çıxması ilə bağlıdır: «Biz həmişə deyirik ki, tıxacın əsas səbəbi məktəblərlə bağlıdır. Çünki məktəblərin əksəriyyəti şəhərin mərkəzində, əsas küçə və prospektlərlə kəsişən ərazilərdədir. Yəni, yola yaxındır. Bu da istər-istəməz sıxlıq yaradır. Bəzi valideynlər uşaqları məktəbə gətirib-aparanda avtomobili məhz məktəbinin qapısının ağzında, hətta, ikinci-üçüncü cərgədə necə gəlddi saxlayırlar. Dəfələrlə xəbərdarlıq etsək də, bəzi intizamsız sürücü valideynlər sanki bilərəkdən belə edirlər. Guya maşını bir az kənarda, normal şəkildə saxlayıb uşağı məktəbə aparsa, dünya dağılacaq. Həmişə demişik, son iki gün ərzində də müşahidə edib bu fikrə gəldik ki, tıxacın yaranmasının əsas səbəbkarı biz özümüzük. Bəzi səhlənkar və məsuliyyətsiz valideynlər süni şəkildə tıxaca səbəb olurlar. Bu isə həm yol hərəkəti qaydalarının pozulması, həm də öz rahatlığı üçün başqalarına narahatlıq yaratmaqdır».

 






13 Noyabr, 2014  19:40 Baxılıb: 652 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner