Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İzzətullah Zərqami vəzifədən uzaqlaşdırılıb - ÖZƏL

İran İslam Respublikasının ali lideri Ayətullah Seyyid Əli Xamineyi Dövlət Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini tutduğu vəzifədən azad edib.

Simsar.az-ın məlumatına görə, ötən ay Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ölkəsinə qayıtdıqdan sonra işdən çıxarlıb.

Xatırladaq ki, Təşkilat rəhbəri Bakıda olduğu müddətdə Şeyxülislam Hacı Allahşükür Paşazadənin kəskin tənqidləri ilə üzləşib: “Ermənilər məscidləri uçurdub, amma İran televiziya kanallarında bu barədə heç bir məlumat verilməyib. “Səhər” televiziya kanalı Azərbaycanda ixtişaş yaratmaqla məşğuldur. Lakin bununla maraqlanan yoxdur”.

Görünür ki, Azərbaycan tərəfindən səsləndirilən iradlar ali liderə çatdırılıb. Bunun cavabını yetərincə verə bilməyən Zərqami vəzifədən uzaqlaşdırılıb. Bununla Həsən Rühanin Azərbaycanla münasibətləri normallaşdırma siyasəti, ali lider tərəfindən dəstəkləndiyi üzə çıxıb.

Ehtimal edilir ki, Zərqaminin vəzifədən uzaqlaşdırılmasında Qarabağ konteksi əsas götürülüb. Çünki İran rejissorları erməni büdcəsindən ayrılan vəsait hesabına “Kalbajar” filmi çəkirdilər.

Filmin əsas süjet xətti isə Dağlıq Qarabağ ərazisinin Azərbaycana məxsus olmadığı faktları üzərində qurulub.

Hüseyn İbadlı







13 Noyabr, 2014  17:46 Baxılıb: 741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner