Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Putin Moldovanı bölmək istəyir” - Prezident

“Ölkədə dağıdıcı qüvvələr təbliğat apararaq Moldovanı parçalamağa çalışırlar”.

Simsar.az xəbər verir ki, bu açıqlama ilə Moldova Prezidenti Nikola Timofti çıxış edib. Timofti ölkənin hüquq-mühafizə orqanlarının normal rejimdə çalışdığını və hər cür təxribatları önləməyə hazır olduqlarını deyib:

“Moldovada dövləti bölmə meyilləri müşahidə edilir. Bunu ölkənin fərqli bölgələrində keçirilən qeyri-qanuni referendumlar və ölkəyə qeyri-qanuni yolla girməyə çalışan insanların həbsi də təsdiqləyir”.

Nikola Timofti həmçinin Rusiyanın 1990-cı illərdə Dnestryanı bölgədə sabitliyi pozmaq üçün istifadə etdiyi metoddan hazırda Ukraynanın şərqində faydalandığını bildirib.

Qeyd edək ki, Moldovanın Rusiya tərəfdarı olan Dnestryanı bu ilin aprelində rəsmi Moskvadan müstəqilliyinin tanınmasını tələb edib. Lakin Kreml buna cavab verməyib.






13 Noyabr, 2014  17:28 Baxılıb: 710 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner