Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi tədbir keçirdi - FOTO

Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin nümayəndələri bu gün Qubada və Xaçmazda olub. Hər iki rayonda Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın şimal bürosu xəbər verir ki, dəyirmi masalarda çıxış edənlər Azərbaycandakı tolerant və multikultural mühit haqqında danışıb, respublikanın bütün dünyada tolerant ölkə kimi tanındığını bildiriblər. Tədbirdə hər bir Azərbaycan vətəndaşı üçün tolerantlığın təkcə hüquqi vəzifə deyil, həm də mənəvi tələbat olduğu bildirilib.

Qeyd edilib ki, ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qrupların öz varlığını qoruyub saxlamasına əlverişli mühit yaradıb. Çıxış edənlər Azərbaycandakı tolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibət və qayğısından danışıblar.






13 Noyabr, 2014  17:25 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner