Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SAHİL BAĞINDA AKSİYA OLMADI

Mitinqçilər kiçik qruplar şəklində etiraz etdilər

İctimai Palatanın bu günə təyin olunmuş etiraz aksiyası əvvəlcədən Sahil bağında keçirilməsi nəzərdə tutulsa da, aksiyaya şəhərin başqa yerlərində cəhd olunub. 

Simsar.az-ın məlumatına görə, etirazçılar kiçik qruplar şəklində şəhərin müxtəlif yerlərində etiraz ediblər. Nizami kinoteatrının qarşısında, Nizami küçəsində görünən etirazçılar polis tərəfindən dağıdılıb. Həbs olunanların bir qrupunu əsasən Nəsimi rayon polis idarəsinə aparılıblar,digər lərini isə şəhər kənarına apararaq orada sərbəst buraxılıblar.


Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu İctimai Palatanın bu günkü razılaşdırılmamış etiraz aksiyasına cəhdi ilə bağlı məlumat yayıb.
Məlumatında bildirilir ki, 17 aprel aksiyasında 65 nəfər saxlanıb. Saxlananlardan 40-nın işi məhkəməyə göndəriləcək. 25 nəfər isə izahatı alındıqdan və rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

İctimai Palatadan verilən son məlumata görə isə, bu gün keçirilən aksiyada 80 nəfərdən çox adam saxlanıb.

Müsavat Partiyası da 17 aprel aksiyası ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, mitinqdən bir gün əvvəl və mitinq günü səhər müxalifətçilərə qarşı təzyiq kampaniyası başlayıb. Bütün bu təzyiqlərə baxmayaraq saat 16:00-da minlərlə mitinq iştirakçısı müxtəlif istiqamətlərdən Sahil bağına daxil olmağa çalışıblar. Onlar polisin sərt müqaviməti ilə üzləşiblər. Həmin ətrafda görünən insanlar, hətta bağda istirahət edən vətəndaşlar da həbs olunublar. Polis 100 nəfərə qədər mitinq iştirakçısını həbs edib.

Günel Səfərova







18 Aprel, 2011  00:41 Baxılıb: 1305 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner