Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İşgüzar forum keçrildi

Noyabrın 13-də Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumu keçrib. Növbəti form Qax rayonunun Qorağan kəndində reallaşıb.

İqtisadiyyat ve Sənaye Nazirliyindən Simsar.az-a verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qax və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində, Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, fermer mağazalarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Bundan başqa kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib və sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Formda iştirak edən fondun şöbə müdiri Arif Vəliməmmədov bildirib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1662 investisiya layihəsinin maliyyələşdirilməsinə 92 milyon manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq, intensiv bağçılıq, üzümçülük təsərrüfatlarının, heyvadarlıq komplekslərinin, ət və süd emalı, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8600-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”.

Qeyd edək ki, forum çərçivəsində Qax və ətraf rayonlardan olan 47 sahibkara 892,5 min manat güzəştli kredit verilib. Verilən kreditlər isə əsasən, heyvandarlıq, taxılçılıq, arıçılıq, çörək və mebel istehsalı sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4872 sahibkara 261,8 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Vüsal Qarayev







13 Noyabr, 2014  16:13 Baxılıb: 951 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner