Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva türkləri qarabağlı olmağa çağırdı

Qənirə Paşayeva TV 5- də tanınmış jurnalist Mustafa Kayanın 100 dəqiqəlik “Sınır Ötesi” proqramında Azərbaycan-Türkiyə münasibətlərindən, özəlliklə Dağlıq Qarabağ  münaqişəsindən danışıb və sualları cavablandırıb. O, Qarabağ münaqişəsi barədə geniş çıxış edərək  harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün daha çox və daha fəal  çalışmalı olduğunu dilə gətirib. Ermənistanın 20 ildən artıqdır ki, bütün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayaraq  işğalı davam etdirməsi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evinə dönə bilməməsi, yaşadıqları böyük ağrı və acılar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, dağıtdıqları camilər, tarixi və mədəbi abidələr, qəbirstanlıqlarımız barədə, girov götürdüyü insanlarımıza qarşı törətdikləri insanlıqdan kənar əməllər və son günlər girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklərdən geniş danışaraq bu ağrı və acılar hər bir türk insanını, gəncini ciddi narahat etməlidir deyib. “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır. Hər bir türk insanı özünü Qarabağlı da hiss etməlidir. Çünki Qarabağ problemi təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının problemidir deyib”.  Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir”, – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. O, həmçinin bildirib ki, nənələrimizin, “görməsək də duymasaq da o köy bizim köyümüzdür” sözlərini rəhbər tutaraq Dağlıq Qarabağı, o gözəl torpaqları - Xankəndini, Laçını, Şuşanı birlik və bərabərlik içində Ermənistan işğalından azad etməliyik. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”. Xocalı soyqırımının yalnız  22 il əvvəl baş verən hadisə olmadığını, onun köklərinin 100-150 il öncə ermənilərin qurduğu məkrli plana söykəndiyini  dilə gətirən millət vəkili gəncləri tarixə yaxndan bələd olmağa çağırıb. Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycan və Türkiyənin birlik və bərabərlik içərisində fəaliyyət göstərməsi çox vacibdir. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar, Azərbaycanın qardaş Türkiyə ilə münasibətlərə hər zaman verdiyi böyük önəm, həyata keçirilən böyük layhələr barədə də geniş məlumat verib və bildirib ki, Azərbaycanın Türkiyədə daha geniş və hərtərəfli tanıdılması istiqamətində bu kimi proqramlara böyük ehtiyac var.  Proqramdan sonra millət vəkili Qənirə Paşayeva proqramı hazırlayan heyətlə geniş söhbət edib və Azərbaycan həqiqətlərinin, Qarabağ problemi, Xocalı Soyqırımını özündəəks etdirən kitabları,materialları televiziyaya və proqramın yaradıcı heyətinı hədiyyə edib. O, həmçinin həmmüəllifi olduğu  və Türkiyə türkcəsində nəşr olunmuş “ Hocalı  Soykırımı tanıkların dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da televiziyaya və proqramın yaradıcı heyətinı hədiyyə edib və onları Azərbaycana dəvət edib. Azərbaycanı görməkdən böyük məmuniyyət duyacaqlarını deyən yaradıcı heyət bundan sonra Azərbaycanla bağlı məsələlərə proqramlarda daha geniş yer verəcəklərini söyləyiblər və Azərbaycanl qardaş dövlət olaraq gördüklərini və sevdiklərini bildiriblər.

Simsar.az







13 Noyabr, 2014  15:35 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner