Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalistlər arasında Peyntbol turniri keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komtəsinin dəstəyi, APA İnformasiya Agentliyinin və AzVision.az saytının, Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə 23 noyabr 2014-cü il tarixində KİV nümayəndələri arasında Peyntbol turniri keçiriləcək.

Turnirin keçirilməsində əsas məqsəd “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidenti İlham Əliyevin imzaladığı 2009-cu il 27 avgust tarixli 147 nömrəli Fərmanının bəndlərinin icrasına və Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarını təmin etməyə töhfə verilməsidir.

Eyni zamanda turnir Azərbaycan Respublikası Peyntbol Federasiyası gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılıması, onların hər an Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hazır olmasının təbliğ etmək məqsədi ilə KİV–lərin vətənpərvərlik sahəsində bir örnək kimi göstərilməsi üçün keçirilir.

Təsdiq edilmiş rəsmi əsasnaməsinə görə, turnir Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən bütün KİV nümayəndələri arasında baş tutacaq.

Turnirdə iştirak edəcək komandaların hər biri 6 (altı) nəfərdən ibarət olmalıdır. Komandalar KİV nümayəndələri olmaqla qarışıq (bir neçə KİV-ni təmsil etməklə) qaydada da təşkil edilə bilərlər. Müxtəliv KİV–ləri təmsil edən şəxslər vahid ad altında komanda yaratmaqla da turnirə qoşulmaq üçün müraciət edə bilərlər.

İştirakçı komandalar onları təşkil edən müvafiq orqanının rəhbər və məsul şəxsləri tərəfindən və ya komandaların kapitanları tərəfindən adlandırılmalıdır. İştirakçı komandaların kapitanı komanda üzvləri, yaxud komandanı təşkil edən təşkilatın rəhbərliyi tərəfindən müəyyən edilməlidir.

Turnirdə iştirak etmək üçün KİV – lər 6 (altı) nəfərdən ibarət olmalı olan Komanda və onun tərkibi barədə yazılı məlumatla 21 noyabr 2014-cü il tarixədək turnirin təşkili üzrə kurator Abdullaieyva Cəmilə Sabir qızına müracit etməlidirlər.


Əlaqə üçün telefonlar:

+99412- 5644235

+99450-442-20-07

 

Elektron poçt:

c.abdullayeva@arpbf.az.

 

Turnirdə iştirak edəcək KİV– lərdən loqolarını da qeyd edilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Turnirdə iştirak edəcək Komandalar 23 noyabr 2014-cü il tarixində saat 9.30– da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyin qarşısından oyun meydançasına ayrılmış xüsusi avtobusda yola düşəcəklər. KİV nümayəndələrini nəqliyyatla Federasiya təmin edəcək.

Turnirdə zəruri avadanlıq, geyim və sair ləvazimatlar da Federasiya tərəfindən yerində təmin ediləcək.

Qalib Komandalara diplomlar, medallar təqdim olunacaq.

Turnirin Təşkilat Komitəsi KİV nümayəndələrini Turnirdə iştiraka dəvət edir.







13 Noyabr, 2014  14:57 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner