Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türklər “ABŞ torbası”na elə torbayla cavab verdilər – VİDEO

Qaradənizdə keçirilən NATO tətbiqatlarından qayıdan və 4 gündür İstanbulda qalan USS ROSS adlı ABŞ hərbi gəmisinin əsgərlərinin başına Türkiyədə torba keçirilib.

Simsar.az xəbər verir ki, Türkiyə Gənclər Birliyi (TGB) üzvləri, “Yankee go home”, “Məhv olsun amerikan imperializmi” şüarları altında 3 ABŞ əsgərinin başına torba keçirərək, üzərlərinə qırmızı boya atıblar. TGB-nin bu hərəkətinə ətrafdakı vətəndaşlar da dəstək veriblər.

TGB-lilər açıqlamalarında, “ABŞ ordusunun üzvü olduğunuzu bildirdiniz. Sizləri qatil olaraq tanıyırıq. Torpaqlarımızdan rədd olub getmənizi istəyirik və indi etiraz haqqımızdan istifadə edirik” – ifadələrini işlədiblər. Amerika əsgərləri isə “yaxşı, gedirik” cavabını veriblər.

Qeyd edək ki, 4 iyul 2003-cü ildə İraqda 11 türk əsgəri Amerika ordusunun əsgərlərinin basqınına məruz qalmışdı. ABŞ əsgərləri Türk əsgərlərinin başına torba keçirərək 60 saat nəzarətdə saxlamışdılar. ABŞ hadisylə bağlı Türkiyədən üzr istəmişdi.

Vüsal Qarayev






13 Noyabr, 2014  14:30 Baxılıb: 780 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner