Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Rusiya Ermənistanın əli ilə təxribat törədəcək” – NATO Institutunun rəhbəri

“Hər bir dövlət öz ərazi bütövlüyünün qorunması üçün istənilən addımı atmalıdır”.

Bunu Simsar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələrinin hərbi helikopterini vurmasına münasibət bildirərkən deyib.

O bildirib ki, ötən gün vurulan helikopter Ermənistan səmasında deyil, işğal altında olan Azərbaycan ərazisində vurulub. Bu isə normal hala qarşı düşmən tərəfindən atılmış provakativ addımdır: “Ermənistan hər zaman özünü məzlum, türk dünyasını isə qatil imicində göstərmək istəyir. Lakin bu  addımları düşmən yalnız özü atmır. Ermənistanda Azərbaycan əleyhinə gerçəkləşən istənilən məsələnin arxasında birbaşa Rusiya dayanır”.

Hazırda Rusiyanın işğal düyməsini basdığını deyən NATO nümayəndəsi bildirib ki, Putin hakimiyyəti köhnə Sovetlər Birliyini bir başqa ad altında birləşdirmək istəyir: “Rusiya bu gün beynəlxalq arenada güclü tərəfdaşı olmayan, artıq heç bir qlobal siyasi prosesdə iştirak edə bilməyən bir dövlətdir. Təbii olaraq bu, onu qıcıqlandırır və ətrafa zərər vermə siyasəti həyata keçirir. Amma dünya birliyi bununla razılaşmayacaq, Rusiyaya “yerində dur” deyən olacaq. Rusiya Ermənistanın əli ilə çox təxribat törətməyə çalışacaq. Önəmli olan Azərbaycan dövlətinin bu məsələdə ayıq olmasıdır. Əks halda provakativ hadisələrin çoxluğu ilə qarşılaşa bilərik”.

Hüseyn İbadlı

 






13 Noyabr, 2014  14:02 Baxılıb: 965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner