Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Məni qara siyahıya salacaqlarına hazıram” – Günay

Müğənni Günay İbrahimli ATV telekanalında yayımlanan “Kimdir nömrə 1” yarışmasının iştirakçılarından idi. Verilişin ilk efirində digər iştirakçılarla birgə yarışmaya qatılan Günay layihənin ikinci həftəsində canlı yayımda görünmədi. İfaçının bu addımı layihənin rəhbəri və aparıcı Cavid Gül başda olmaqda münsiflər heyəti prodüsser Tarix Əliyev və teleaparıcı Afaq Gəncəlinin narazılığına səbəb oldu. Layihənin digər iştirakçıları da həmkarlarının bu addımını hörmətsizlik kimi qəbul etdilər.

Məsələ ilə bağlı hər kəs canlı yayımda öz fikrini bildirdi. Hətta Günay layihədən imtina etdiyi zaman onu həmkarı Yaşar Yusub növbəti həftənin duelinə dəvət etdi.

Qalmaqalın tam mərkəzində olan Günay başına gələnlərlə bağlı mətbuata bu açıqlamanı verdi: “Mənim ATV telekanalının rəhbərliyinə olduğu kimi, o layihənin bütün iştirakçılarına sonsuz hörmətim var. Olanlarla bağlı çox narahatçılıq keçirirəm. Mən o layihəyə dəvət alanda demişdim ki, bir həftədən çox qala bilməyəcəyəm. Sadəcə təklif edən dostların dəvətindən lap başdan imtina edə bilmədim”.

 

Günay “Maşın” realiti şousundan sonra smslə keçirilən yarışmalara qatılmayacağını qeyd etmişdi: “Üstəlik onu da vurğulayım ki, bu layihə maraqlı olduğu qədər də qalmaqallıdır. Mən də heç bir həmkarımla münasibəti korlamaq istəmirəm. Çünki söhbətlər hər kəsin adı ətrafında gedincə, susmaq mümkün deyil. Amma uzaqlaşmağımın səbəbi tək bu deyil. Mən yarışmaya qatılmadan öncə də bu addımı atacağım demişdim”.

Günay dünən canlı efirdə növbəti həftənin duelinə dəvət olunması haqda da danışdı: “Mənim dünən “Sənə bağlanıram” adlı klipimin çəkilişləri idi. Günorta saatlarında verilişin prodüserləri zəng etdi və biz dedik ki canlı yayıma gələ bilmirik və layihədən imtina edirik. Amma buna baxmayaraq məni yenidən duelə dəvət etdilər. Heç kim bu addımı mən tərəfdən hörmətsizlik kimi qəbul etməsin, amma mən daha o layihəyə gəlməyəcəyəm”.

İfaçı bu söz-söhbətdən sonra olacaqlara hazır olduğunu da vurğuladı: “Mən bilirəm ki, bundan sonra məni telekanal qara siyahıya salacaq. Buna hazıram artıq. Amma əminəm ki, rəhbərlik də layihə iştirakçıları da nə vaxtsa məni başa düşəcəklər. Mənim heç kimdən incikliyim yoxdur və hər kəsə təşəkkürümü bildirirəm”.

Simsar.az






13 Noyabr, 2014  12:50 Baxılıb: 1247 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner