Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Məmməd Arif Dadaşzadənin yubileyi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli ədəbiyyatşünas, tənqidçi və ictimai xadim, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş “Ədəbi fikrimizin korifeyi” adlı yubiley tədbiri keçirilib.

Simsar.az xəbər verir ki, tədbirdə çıxış edən  Universitetin rektoru sənətşünaslıq doktoru, professor Fərəh Əliyeva açaraq, Məmməd Arifin XX əsr Azərbaycan ədəbi tənqidi və nəzəri-estetik fikri tarixindəki mövqeyindən bəhs edib. Filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə “Tənqidçinin şəxsiyyəti və ədəbi proses”, universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə “Məmməd Arif və ədəbi tənqid” mövzusunda məruzə ediblər.

Xalq artisti, professor Azər Zeynalov, dosent Kəmalə Mehdiyeva, dosent Gülağa Zeynalov  və universitetin  “Aktyor sənəti” fakültəsinin tələbələrinin təqdimatında  ədəbi-bədii kompozisiya sərgilənib.

Sonda Məmməd Arifin  nəvəsi, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə akademik haqqında xatirələrini bölüşüb və Dövlət rəhbərliyinə Azərbaycan elminə göstərdiyi qayğıya görə öz minnətdarlığını bildirib.

Yubiley tədbirində akademik Məmməd Arif Dadaşzadənin zəngin və çoxcəhətli yaradıcılığı müxtəlif aspektlərdən  işıqlandırılmış, həyat və fəaliyyətini əks etdirən fotoslaydlar  nümayiş etdirilib.  Universitetin foyesində alimin kitablarından ibarət sərgi təşkil olunub.

Günel






13 Noyabr, 2014  11:56 Baxılıb: 1761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner