Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"İran müsəlman ölkəsi olduğunu unutmamalıdır" – QABİL HÜSEYNLİ

“Gözləmək lazımdır ki, İran tərəfi bağlanan müqavilələrə, söz verdiyi əhdə nə dərəcədə sadiq olacaq və münasibətlərin inkişafında nə qədər səmimi mövqe tutacaq”.

Bunu Simsar.az-a politoloq Qabil Hüseynli İran prezidenti Həsən Rühaninin Azərbaycan səfərini şərh edərkən deyib.

O bildirib ki, iki ölkə arasında yavaş-yavaş da olsa çatışmayan səmimiyyət problemi formalaşır: “İran bir tərəfdən Azərbaycanla münasibətlərin inkişafına çalışır, digər tərəfdən Ermənistana yardım edir, dəmir yolu xətti çəkir. İran bunu sadəcə olaraq ticarət naminə etdiyini bildirir. Amma unutmamalıdır ki, şiə dövlətinin başında dayanır. Buna görə də müsəlman qardaşlarının problemlərinə diqqətlə yanaşmalıdır”.

Həsən Rühaninin Azərbaycana xoş məramla gəldiyini söyləyən politoloq bildirib ki, səfər çərçivəsində bir sıra müqavilələr imzalanıb: “Ümid etmək olar ki, Azərbaycan-İran münasibətləri yeni səviyəyə qalxacaq. Tərəflər arasında zaman-zaman prezidentlər səviyyəsində görüşlər olub. Bu görüşlər az da olsa İran-Azərbaycan münasibətlərini yerindən tərpədəcək”.

 

Hüseyn İbadlı






13 Noyabr, 2014  10:57 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner