Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

2 Aprelin mitinqinin maddi ziyanı - 14 min 275 manat

İstintaq qrupunun rəhbəri: “24 nəfəri polis əməkdaşı, 16 nəfəri isə aksiya iştirakçısı xəsarət alıb

““İctimai Palata” adlanan quruma daxil olan AXCP, Müsavat, AMİP və KXCP üzvlərinin, digər şəxslərin aprelin 2-də Bakı şəhərinin “Fəvvarələr” meydanında, Nizami küçəsində və digər ərazilərdə qanunsuz kütləvi aksiya keçirməsi nəticəsində ictimai qayda kobud surətdə pozulub, ictimai asayişin qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq edilməklə müqavimət göstərilib”.  

Bu fikirləri Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyanda baş verənlərlə
bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyevin APA-ya müsahibəsində deyib.

İstintaq rəhbəri hadisə zamanı bir sıra ticarət, ictimai iaşə və digər obyektlərə, o cümlədən vətəndaşlara və polisə məxsus nəqliyyat vasitələrinə zərər dəydiyini də bildirib. O, qeyd edib ki, bu fakt bağlı aprelin 2-də Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233 və 315.1-ci maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.


F.Həsənəliyev istintaq zamanı cinayət məsuliyyətinə cəlb olunanların sayını da deyib: “11 nəfər cinayət məsuliyyətinə cəlb olunub cümlədən 9 şəxsə Cinayət Məcəlləsinin 233-cü maddəsi, 2 şəxsə isə həmin məcəllənin 233 və 315.1-ci maddələri ilə ittiham elan olunmaqla, onlardan 10 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət məsuliyyətinə cəlb olunanlardan 6 nəfəri AXCP-nin, 4 nəfəri Müsavat Partiyasının üzvü, 1 nəfər isə bitərəfdir”.

İstintaq qrupunun rəhbəri sinayət işinin istintaqı üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizaları ilə aksiya zamanı ümumilikdə 40 nəfərin xəsarət aldığını da diqqətə çatdırıb: “Onlardan 24 nəfəri polis əməkdaşı, 16 nəfəri isə aksiya iştirakçısı olub”.

F.Həsənəliyev zərər çəkən obyektlərin adlarını və dəyən ziyanın miqdarını açıqlayıb: “İstintaqın hazırkı mərhələsinədək 15 ədəd polis avtomaşını, 4 ədəd isə vətəndaşlara məxsus avtomaşınlara zərər vurulması müəyyən edilib. Həmin ziyanın miqdarı 10 min 481 manatdır. Bundan başqa, 13 obyektin şüşə və pəncərələri sındırılıb, eləcə də obyektlərin içərisində olan predmetlərə ziyan vurulub. Ziyanın miqdarı 3 min 794 manat təşkil edir. Ümumilikdə vurulmuş maddi ziyanın məbləği 14 min 275 manatdır”.

Anar







17 Aprel, 2011  01:22 Baxılıb: 1231 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner