Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ramil Usubov göstəriş verib

Hüquq müdafiəçiləri rəislə görüşdü

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Rafiq Abbasovla görüşüb.

Bu barədə APA-ya hüquq müdafiəçisinin özü məlumat verib. Komitə sədri görüşdə insan hüquqları, qeyri-insani rəftar, işgəncə faktlarından danışıldığını bildirib: “Rafiq Abbasova bildirdim ki, müxalifət tərəfindən keçirilən icazəsiz aksiyalarda saxlanılan şəxslərin polis bölmələrində qeyri-insani rəftarla üzləşmələri barədə komitəmizə müraciətlər daxil olur. Öz növbəsində, o da bildirdi ki, daxili işlər naziri Ramil Usubov polis bölmələrinə məsələ ilə əlaqədar göstəriş verib. Aksiya zamanı saxlanılan şəxslərə qarşı qanunsuz hərəkətə yol verilməyəcək”.

Elçin Behbudov görüşdə Nəsimi Rayon Polis İdarəsinin rəisi müavini Süleyman Nemətovun barəsində komitəyə daxil olan şikayətlər haqqında danışdıqlarını da bildirib: “Rafiq Abbasov mənə dedi ki, 20 yanvar hadisəsinin ildönümü zamanı Süleyman Nemətov asayişi qorumağa çalışıb, lakin müxalifət bu hadisəni qərəzli olaraq ictimaiyyətə başqa cür təqdim edir”.

Hüquq müdafiəçisi görüşdə İctimai Palatanın sabaha təyin etdiyi icazəsiz aksiyanın keçirilməsi ilə bağlı danışdıqlarını da söyləyib: “Rafiq Abbasov bildirdi ki, qanunsuz aksiyaya icazə verilməyəcək. Çünki bu, ictimai asayişi pozur. Əgər müxalifət aksiya keçirtmək istəyirsə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan yerdə bunu edə bilər”.






16 Aprel, 2011  19:20 Baxılıb: 1287 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner