Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi işçilərinin maaş məbləğləri açıqlandı

Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddinin, xərclər smetasının və ştat cədvəlinin təsdiq edilməsi haqqında qərar verib.

Simsar.az-ın məlumatına görə, qərara əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddi 20 ştat vahidi (icraçı direktor, müşavir, hüquqşünas, baş mühasib, informasiya texnologiyaları üzrə mütəxəssis, 3 şöbə müdiri, 3 baş məsləhətçi, 3 aparıcı məsləhətçi, 5 məsləhətçi, sürücü) təsdiq edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2014-cü il üçün xərclər smetası 250 min manat təsdiqlənib.

Nazirlər Kabinetinin digər qərarı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi də təsdiqlənib.

Qərara əsasən, icraçı direktorun aylıq vəzifə maaşı 1400 manat müəyyən olunub. Bundan başqa, müşavir 1000 manat, şöbə müdiri 870 manat, baş mühasib 700 manat, baş məsləhətçi 580 manat, aparıcı məsləhətçi 530 manat, məsləhətçi, hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis 500 manat, sürücü 185 manat maaş alacaq.






12 Noyabr, 2014  18:28 Baxılıb: 2491 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner