Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Şuşanın işğalı” adlı vətənpərvərlik kompüter oyunları hazırlanır – NAZİR

Bu gün gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq elektron- idman federasiyasının prezidenti Byung Hun Junla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətibndən Simsar.az-a verilən məlumata görə, görüşün əsas məqsədi Bakıda start götürəcək Kompüter oyunları üzrə VI  Dünya çempionatı ətrafında müzakirələr aparıb, gerçəkləşəcək tədbir haqda fikir mübadiləsinin bölüşdürülməsi olub.

Nazir Azad Rəhimov Azərbaycanda gənclərin kompüter oyunlarına çox böyük maraq göstərdiyini diqqətə çatdırıb, bu sahədə nazirlik tərəfinədən hər il republika üzrə yarışların keçirildiyini, Bakının Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransına ev sahibliyi etdiyini  bildirib.

Azad Rəhimov deyib ki,  ötən il Azərbaycanda gerçəkləşən kompüter oyunları üzrə respublika çempionatında 2500-dən artıq gənc aktiv şəkildə iştirak edib. Bu gün Azərbaycanın 20% torpaqlarının işğal altında olmasından irəli gələrək, gənclərimiz tərəfindən “Şuşanın işğalı”, “Ağdamın işğalı” adlı vətənpərvərlik ruhunda kompüter oyunları işlənib hazırlanır.

Qonaq Byung Hun Jun ölkə başçısı İlham Əliyev tərəfində Bakıda Kompüter oyunları üzrə VI  Dünya çempionatının keçirilməsi ilə bağlı imzalanmış Sərəncam üçün dövlətimizə öz təşəkkürünü bildirib.

Byung Hun Jun bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycan kompüter oyunları üzrə Dünya çempionatına çox böyük diqqət və maraq ayırır. Bu gün İT sahəsinin günbəgün inkişafı gənc nəsil arasında bu sahəyə marağı daha da artırır. Əminəm ki, Bakıda baş tutacaq  Kompüter oyunları üzrə VI  Dünya çempionatı İT sahəsinin inkişafında yeni addım olacaq.

 

Aysel Kərimova







12 Noyabr, 2014  14:40 Baxılıb: 747 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner