Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Fraksiya yaradanlar Müsavatdan xaric ediləcək” - AÇIQLAMA

Müsavat Partiyasına yeni başqan seçildikdən sonra, narazı qüvvələrin partiya daxilində fraksiya yaradacaqları ilə bağlı mediada müxtəlif informasiyalar yayımlanıb. Müsavat Divanı isə fraksiyaların yaradılması ilə əlaqədar olaraq müvafiq qərar verib.

Müsavat Divanının verdiyi qərarın icrası ilə bağlı Simsar.az-a açıqlama verən başqan müavini Gülağa Aslanlı bildirib ki, qərarda fraksiyanın yaradılması partiya Nizamnaməsinə zidd olduğu öz əksini tapıb: “Divanın verdiyi qərarla bütün partiya üzvlərinə xəbərdarlıq edilib ki, fraksiyanın yaradılması və bu işdə şirnikləşdirmə fəaliyyəti ilə məşğul olan şəxslər partiya nizamnaməsini pozmuş hesab olunurlar. Belə hallar baş verərsə, onlar haqqında nizamnamə çərçivəsində tədbirlər görüləcək”.

Görüləcək tədbirlərin detallarını açıqlayan başqan müavini bildirib ki, partiya nizamnaməsində müxtəlif tənbeh növləri mövcuddur: “Həmin şəxslərə tənbeh növlərinin biri tətbiq ediləcək. Bu, xəbərdarlıq, töhmət və partiya sıralarından xaric edilmə də ola bilər. İlin xəbərdarlıqlar bir nəticə verməsə həmin şəxslər partiya sıaralarından xaric ediləcək”.

Hüseyn İbadlı







12 Noyabr, 2014  14:09 Baxılıb: 764 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner