Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bankomatlarla bağlı monitorinqlər aparılır – DSMF

Bu il də Azərbaycan Beynəlxalq Bankı tərəfindən 300-ə yaxın yeni bankomat alınıb.

Simsar.az xəbər verir ki, bu barədə media nümayəndələri ilə görüşdə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev hazırda həmin bankla birlikdə dislokasiya yerləri üzrə həm yeni bankomatların qurulması, həm də köhnə bankomatların yeniləri ilə əvəzlənməsi işinin aparıldığını deyib.

Qeyd edilən istiqamətdə mütəmadi monitorinqlər aparıldığını söyləyən E.Mehdiyev bildirib ki, yeni dislokasiya yerləri müəyyən edilərək yeni bankomatların quraşdırılması üçün müvəkkil banklara müraciət edilir.

Fond sədri pensiyaların nağd şəkildə götürülməsi üçün bankomatlardan istifadə zamanı yaranan çoxsaylı növbələrlə bağlı suallara toxunaraq bunun xüsusilə pensiya məbləğlərinin maliyyələşmə günündə dərhal bankomatdan çıxarılmasından qaynaqlandığını vurğulayıb. E.Mehdiyevin sözlərinə görə müvəkkil bankların monitorinqləri göstərir ki, bir bankomatdan bir ay ərzində daha çox 2-3 gün pensiyaların maliyyələşdirildiyi günlərdə istifadə olunur. Bankomatların bir aylıq yükünün 2-3 gün ərzində istifadəsi isə bu cür hallara gətirib çıxarır, bankomatların inkassasiya olunması və növbələrin azaldılması bir problemə çevrilir.

E.Mehdiyev bildirib ki, bu məsələnin həllinə post-terminal şəbəkəsinin genişləndirilməsi və post-terminallardan istifadə müsbət təsir edə bilər. Bu məqsədlə DSMF bu il “Pensiya+” layihəsinə də start verib. Həmin layihə çərçivəsində bankomatdan deyil, post-terminallardan istifadə edən şəxslərə öz pensiyasının məbləği qədər faizsiz kredit alma şansı verilir. Plastik kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirmək, kommunal xidmətləri ödəmək olar: “Biz pensiyaçılara verdiyimiz kartları dəyişib çoxfunksiyalı kartlarla əvəz etmişik. Pensiyaçılar həmin kartlar vasitəsilə müxtəlif ödənişlər həyata keçirə bilərlər”.

Aysel Kərimova

 






12 Noyabr, 2014  13:42 Baxılıb: 637 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner