Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elektron dərslik portalına maraq artır

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalına ictimaiyyətin marağı getdikcə artır.

Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 11374 nəfər, o cümlədən Bakı şəhəri üzrə 4163 nəfər, Sumqayıt şəhəri üzrə 1050 nəfər, Gəncə şəhəri üzrə 421 nəfər olub.Təhsil Nazirliyindən Simsar.az-a verilən məlumata görə,  portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur.

Aşağıdakı cədvəl fənlər üzrə elektron dərsliklərin müxtəlif formatda yüklənmə statistikasını əks etdirir:

 

S Dərsliyin adı E-pub Oflayn Onlayn Cəmi

1 Biologiya 6-cı sinif 349 341 1116 1806

2 Azərbaycan dili 6-cı sinif 418 406 1358 2182

3 Fizika 6-cı sinif 166 159 545 870

4 Coğrafiya 6-cı sinif 121 148 465 734

5 Azərbaycan tarixi 6-cı sinif 222 235 583 1040

6 Ümumi tarix 6-cı sinif 131 137 390 658

7 Həyat bilgisi 6-cı sinif 63 64 276 403

8 İngilis dili 6-cı sinif 217 314 870 1401

9 Riyaziyyat 6-cı sinif 367 369 1155 1891

10 İnformatika 6-cı sinif 79 70 240 389

 

Hazırda yalnız 6-cı sinif Azərbaycan bölməsi üzrə elektron dərsliklər saytda yerləşdirilib. Daha çox Azərbaycan dili (2182 nəfər), riyaziyyat (1891), biologiya (1806) və ingilis dili (1401) elektron dərsliklərindən istifadə olunub.

Qeyd edək ki, cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək.

Aysel Kərimova

 

 






12 Noyabr, 2014  13:22 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner