Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tələbələri arasında yarışa start verildi

Bu gündən Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışına start verilir.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyəsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Hər ali məktəb bir komanda ilə təmsil olunacaq. Ümumilikdə, yarışa 44 komanda, 264  tələbə qatılacaq.

Üç turdan ibarət yarışda səsləndiriləcək suallar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, Heydər Əliyev Muzeyindəki məlumat və eksponatlar, video və foto materiallar əsasında tərtib olunub.

Qeyd edək ki, yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və video materiallar əsasında araşdırma aparıblar.Bilik yarışının yekunlarına görə, I, II və III yeri tutan komandalar mükafatlandırılacaqlar.

Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır.

Aysel Kərimova

 






12 Noyabr, 2014  12:51 Baxılıb: 640 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner