Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tanınmış jurnalistin yubileyi keçirildi - FOTO

Bakı Dövlət Universitetininin (BDU) Jurnalistika fakültəsində görkəmli jurnalist, media mütəxəssisi, istedadlı alim və ictimai xadim, professor Qulu Məhərrəmlinin anadan olmasının 60 illiyi qeyd olunub.

Simsar.az xəbər verir ki, yubiley tədbirində çıxış edən Televiziya və radio jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimli professor Qulu Məhərrəmlini müasir Azərbaycan jurnalistikasının və milli jurnalistika elminin görkəmli nümayəndəsi kimi səciyyələndirib.

Toplantıda çıxış edən respublika Mətbuat Şurasının üzvü, professor  Nəsir Əhmədli  teleradio tarixinin yazılması, ekran-efirin və bütövlükdə jurnalistikanın elmi-nəzəri problemlərinin öyrənilməsi, müstəqil jurnalistika konsepsiyasının  formalaşdırılması sahəsində  Q.Məhərrəmlinin məhsuldar fəaliyyətinə toxunub.

Dosent Akif Rüstəmov, baş müəllimlər Əli Hacıyev, Zaur Babayev və başqaları yubilyarın Azərbaycan televiziyası tarixində iz qoymuş, “7 gün”, “Təfsilat”, “Gerçəklik” kimi müəllif verilişləri barədə söz açıb, onun “Səhər” proqramındakı, həmçinin Xəzər telekanalındakı fəaliyyəti barədə danışıblar. Çıxış edənlər bu cəhəti vurğulayıblar ki, Q.Məhərrəmlinin zəngin jurnalist yaradıcılığı, səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti, fəal vətəndaş mövqeyi  çoxları üçün, sözün həqiqi mənasında, parlaq nümunədir.

Sonda çıxış edən professor Qulu Məhərrəmli qazandığı uğurlara görə müəllimlərinə və ustadlarına borclu olduğunu deyib, həmçinin ona göstərilən diqqətdən məmnun  qaldığını, göstərilən qayğıya görə çalışdığı kafedranın kollektivinə və universitetin rəhbərliyinə minnətdarlığını bildirib.

Simsar.az

 






12 Noyabr, 2014  12:30 Baxılıb: 893 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner