Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Dünyada hamının interneti olacaq – KƏŞF

Məşhur ABŞ-lı sahibkar, “Tesla” elektromobil istehsalı şirkətinin və “SpaceX” kosmik korporasiyasının təsisçisi Elon Mask dünyanı internetlə təchiz edəcək mikropeyklər şəbəkəsi yaradacağını deyib.

Simsar.az xəbər verir ki, hazırda “SpaceX”-in hazırladığı peyklər orbitdə çox sayda fəaliyyət göstərəcəklər.

E.Mask “Twitter” səhifəsində yazıb ki, 2-3 aydan sonra layihə elan ediləcək. Hələlik onun haqqında ətraflı məlumat verilmir.

“Wall Street Journal”ın məlumatına görə, iş adamı yerətrafı orbitə dünyada internetə çıxışı təmin edəcək 700-ə yaxın kiçik telekommunikasiya peykini buraxmağı planlaşdırır. Aparatların çəkisi 113 kq-dan çox olmayacaq ki, bu da hazırda orbitdə fəaliyyət göstərən ən kiçik telekommunikasiya peyklərinin çəkisindən iki dəfə yüngüldür. Bundan başqa, aparatların hazırkı analoqlarından xeyli ucuz olacağı gözlənilir. Belə ki, onların dəyəri 1 milyon dollardan çox olmayacaq. Peykləri orbitə “SpaceX Falcon 9” şirkətinə məxsus raketlərin çatdıracağı nəzərdə tutulur.

E.Mask layihəni “Google” şirkətinin peyk sahəsində böyük iş təcrübəsinə malik keçmiş top-meneceri Qreq Uayler ilə birlikdə həyata keçirəcək. Q.Uaylerin rəhbəri olduğu “Worldview Satellites” şirkətinə iri radiotezlik bloku məxsusdur.

Bildirilir ki, internet peyklərinin istehsalı üçün Florida və ya Kolorado ştatında yeni zavodun tikilməsi planlaşdırılır. Layihəyə yatırılacaq investisiyaların məbləğinin 1 milyard dollara yaxın olacağı gözlənilir.

Qeyd edək ki, E.Maskın sərvətinin dəyəri 9,6 milyard dollar qiymətləndirilir.

Vüsal Qarayev







12 Noyabr, 2014  12:19 Baxılıb: 851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner