Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Heydər Əliyev Fondu Parisdə bayram düzənləyəcək

Tədbir müstəqilliyimizin 20-ci il dönümünə həsr olunacaq

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyi aprelin 18-dən 21-dək Parisdə bayram tədbirləri keçirəcək. Bu barədə şənbə günü Trend-ə Heydər Əliyev Fondunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 19-da YUNESKO-nun iqamətgahında Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələrini əks etdirən xalça sərgisi avropalılara təqdim olunacaq. Burada XIV əsrdən etibarən Avropada tanınmağa başlayan və sənətsevərlərin diqqətini cəlb edən Azərbaycan xalçalarının günümüzə gəlib çatan nümunələri, o cümlədən Qarabağ xalçaçılıq məktəbinin nadir inciləri sərgilənəcək.

Həmin gün iqamətgahda gənc istedadların estrada konserti nəzərdə tutulur. Adı avropalı musiqisevərlərə tanış olan pianoçu İsfar Sarabski, Aysel Teymurzadə, Səfurə Əlizadə və digər gənclərin konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alacaq.

Zəngin mədəniyyətimizin fəal təbliğinə çevriləcək bu günlərdə Parisin "d'Evreux" hotelində müasir Azərbaycan incəsənətinin tanınmış simalarının əsərləri nümayiş olunacaq.

"Bakının müasir incəsənət muzeyinin rəssamları" adlı sərgidə 33 rəsm və heykəltəraşlıq əsəri təqdim olunacaq. Burada dünyaşöhrətli Tahir Salahov, tanınmış rəssamlardan Rasim Babayev, Altay Sadıxzadə, Müseyib Əmirov, Elyar Əlimirzəyev, Niyaz Nəcəfov, heykəltəraşlardan Fuad Salayev və Fazil Nəcəfovun müasir avanqard üslubda işlənmiş əsərləri sərgilənəcək.

Bayram tədbirində Heydər Əliev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından avropalı qonaqlara ziyafət veriləcək.






16 Aprel, 2011  17:04 Baxılıb: 1257 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner