Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“İŞİD” lideri həbs edilib, sonra azadlığa buraxılıb – İDDİA

“İŞİD” lideri Bağdadinin Sovetlər Birliyinə qarşı Əfqanıstanda təlim keçdiyi ortaya çıxıb.

Simsar.az xəbər verir ki, “İŞİD” lideri Əbubəkir Əl Bağdadinin taleyi ilə bağlı sirr hələ də davam edir. İraq Müdafiə Nazirliyinə görə, ötən cümə Mosulda həyata keçirilən hava hücumları nəticəsində Bağdadinində içində olduğu karvan vurulub. Bağdadinin ağır yaralandığı bildirilir. Bəzi qaynaqlara görə isə Bağdadi ölüb. ABŞ-dan isə hələ ki məsələylə bağlı rəsmi açıqlama verilməyib.

Lakin qərb mətbuatında artıq Bağdadinin xələfinin kim olacağı müzakirə edilir.

CNN-ə müsahibə verən hərbi ekspertlərə görə “İŞİD”i idarə edənlərin bir çoxu Səddam Hüseyinin hakimiyyəti dövrünün komadirləri olan təcrübəli hərbiçiləridir. Bu səbəblə də Bağdadinin ölümündən sonra onun yerinin boş qalmayacağı, hətta artıq xələfinin seçildiyi də iddia edilib.

Bağdadinin yerinə ən güclü namizədin isə Səddam Hüseyinin tanınmış komandirlərindən Əbu Müslim Əl Türkmənin olduğu bildirilib. Digər namizədlər isə keçmiş komandir Əbu Əli Əl Anbari ilə “İŞİD” sözcüsü Suriyalı Əbu Məhəmməd Əl Adnani olduğu qeyd edilib.

Anadolu Agentliyinə danışan Pakistan kəşviyyatının keçmiş rəisi general Həmid Gül isə Bağdadi haqqında maraqlı açıqlamalar verib. O, Bağdadinin bir zamanlar Əfqanstandakı bazalarda keçmiş Sovet qoşunlarına qarşı döyüşmək üçün təlim keçdiyini iddia edib: “1988-ci ildə Əfqanstandakı hərbi bazaları gəzdiyim zaman gördüyüm ərəb gəncləri arasında, o zaman hələ 17-18 yaşlarında olan “İŞİD” lideri Əbubəkir Əl Bağdadini də görmüşdüm”.

Gül bildirib ki, ABŞ Bağdadinin keçmişiylə bağlı məlumatlıdır və onlar “İŞİD” liderini həbs etdikdən sonra məqsədli şəkildə azadlığa buraxıblar.

Vüsal Qarayev







12 Noyabr, 2014  12:05 Baxılıb: 1582 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner