Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İşçilərin pulu qaytarıldı - 2 nəfər öz işinə bərpa olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, qeyd olunan tədbirlər nəticəsində cari ilin oktyabr ayında işəgötürənlər tərəfindən ümumilikdə 26 327 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 26 037 manatını əmək haqları, 290 manatını sosial müavinət və kompensasiyalar təşkil edib. Eyni zamanda son bir ayda işdən qeyri-qanuni şəkildə azad olunduğu aşkar edilən 2 nəfər öz işinə bərpa etdirilib.

Əmək haqları və digər sosial xarakterli ödənişlərin verilməsi sahəsində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi bu sahədə müsbət dinamika ilə müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayı ilə müqayisədə gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği son bir ayda 19,8 faiz azalıb.

Aysel Kərimova

 






12 Noyabr, 2014  11:16 Baxılıb: 651 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner