Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Suriya Türkmən Məclisi Başqanı ilə görüşdü

Milli Məclisin deputatı Qənirə Paşayeva Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa  və Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hareket Partisi başqan yardımcısı Tarık Sulo Cevizci ilə görüşüb.

Görüşdə türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə biganə münasibəti, Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hareket Partiyasının  soydaşlarımızı və onların haqlarını  qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib.  Millət vəkili Azərbaycan xalqının Suriyada  yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü vurğulayıb. Suriyada  yaşayan türkmənlərin son on illər ərzində ədalətsizliklər, ağır problemlərlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Suriyada yaşayan türkmənlərin üzləşdiyi faciələr, onların ağır vəziyyəti da hamımızı ciddi narahat edir. Suriya  türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya  türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Türk Dünyasının Suriya  türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da Suriya türkmənlərinin səsini beynəlxaql ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb. Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa  və Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hareket Partisi başqan yardımcısı Tarık Sulo Cevizci Suriyada  yaşanan son hadisələr barədə daha geniş məlumat verərək Suriya  türkmənlərinin Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduğunu deyiblər. Onlar bildiriblər ki, həm Suriya  türkmənlərinin səsinin beynəlxalq təşkilat və qurumlara çatdırılmasında, onların pozulan haqlarının müdafiə olunmasında, həm də ağır vəziyyətə düşmüş, köçkün həyatı yaşamağa məcbur olan türkmən ailələrə kömək baxımından da ciddi dəstəyə ehtiyac var. Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun rəhbəri Qənirə Paşayeva Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa  və Suriya Türkmən Məclisi və Suriya Türkmən Milli Hareket Partisi başqan yardımcı  Tarık Sulo Cevizciyə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib və Qarabağ problemi ilə bağlı son durum barədə də danışıb və fikir mübadiləsi aparılıb. Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışan millət vəkili Qənirə Paşayeva qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, qardaşları isə bir-birinə daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə Suriya türkmənləri ilə də əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını deyib.

Simsar.az







12 Noyabr, 2014  10:21 Baxılıb: 796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner