Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qarabağ qəhrəmanı, snayperçi qadın barədə film - VİDEO

Qarabağ müharibəsi zamanı öz şücaəti və qəhrəmanlığı ilə fərqlənən tanınmış snayperçi qadın Növrəstə Yusifova barədə sənədli film hazırlanıb.

Simsar.az-ın məlumatına görə, filmin çəkilişləri zamanı əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, titrların tərcüməçisi Sevil Məmmədlidir.

Növrəstə Yusifovanin nailiyyətləri sirasına içərisində təxminən 20 əsgərin olduğu düşmən yük maşınının, bunkerin məhv edilməsi, tankın sıradan çıxarılması və digərləri daxildir.

20 il keçdikdən sonra N.Yusifovaya məlum olur ki, əks düşərgədə də onun mövcudluğu barədə məlumatlı olublar və hətta onu öldürəcək şəxsə mükafat təyin ediblər.

Rus dilində çəkilən filmdə A.A.Potapovun “Snayper sənəti” kitabından, müxtəlif telekanalların snayper sənəti barədə “youtube” portalında yerləşdirilmiş videokadrlarından və müharibə barədə fotoşəkillərdən istifadə edilib.

Xatırladaq ki, “Addım” Gənclərin İnkişaf Mərkəzinin hazirladığı “Snayper”qısa sənədli filmi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində çəkilib.

 






12 Noyabr, 2014  10:00 Baxılıb: 1574 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner