Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Reyqanın gizli səs yazıları tarixçiləri çaşdırdı

Amerikanın keçmiş prezidenti Reyqanın lentə aldığı və heç yerdə yayımlanmayan gizli səs yazıları nın ortaya çıxması amerikalı tarixçiləri çaşdırdı.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, eks prezident Reyqanın Ağ evin zirzəmisində yerləşən, kəşfiyyat idarəetmə mərkəzi rolunu oynayan konfrans otağında dünya liderləri ilə söhbətlərini lentə aldığı bildirilib. Amerikalı tarixçilər, səs yazılarının ortaya çıxarılmasına qədər, ABŞ prezidentlərinin gizli söhbətləri qeyd etmək xüsusiyyətinin keçmiş prezident Riçard  Niksonun dövründə sona çatdığını düşünürdülər.

Amerikalı tarixçi yazar Viliam Doyl, Ağ evdən “Məlumat Əldə Etmək Azadlığı Qanunu” na əsasən əldə etdiyi gizli səs yazılarında, Reyqanın İsrailin baş naziri Menahe Begin, Pakistan prezidenti Ziya Ülhak və İngiltərə baş naziri Marqaret Tetçer kimi liderlərlə apardığı gizli telefon danışıqları yer alır.

Səsyazılarından birində Kaliforniyadakı fermasında ata minən Reyqanın bu səbəblə həmin dövrün Suriya prezidenti diktator Hafiz Əsədi telefonda 13 dəqiqə gözlətdiyi bildirilərkən, digər səs yazısında isə Reyqanla Tetçer arsında 25 oktyabr 1983-cü ildə apardığı telefon danışıqları yer alır.

Reyqan və Tetçer arasında gedən telefon danışıqlarının birində Reyqan, Amerika donanması güclərinin İngiltərəyə xəbər vermədən Qrenadaya çıxdığı üçün Tetçerdən üzr istəyir. İki lider arasındakı danışıqlarda Falkland Adaları mövzusu gündəmə gələrkən, Tetçer həssas olduğu üçün gizli telefon danışığı olsa da bu mövzunun telefonda uzun-uzadı müzakirə edilməsini istəmədiyini dilə gətir.

İsrailin baş naziri Begin ilə bağlı ortaya çıxarılan səs yazılarında isə 1982- ci ildə Lebanon Müharibəsi zamanı Reyqanın Beginə Lebanon hökümət qüvvələrinin gəlməsinə qədər İsrail əskərini Lebanondan geri çəkməyi bir neçə gün ertələmək istəyir. Lebanon anlaşılmazlığı səbəbindən ağır siyasi təzyiq altında qalan İsrail baş naziri Begin Reyqanın telefon zəngindən bir neçə ay sonra istefa etmişdi.

Günel

 

 






12 Noyabr, 2014  09:38 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner