Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Rekort sayda döyüş sursatları tapıldı

Hərbi baza keçmiş sovet ordusuna məxsusdur

Spesifikliyi ilə fərqlənən həmin döyüş sursatları, əsasən, diversiya əməliyyatları üçün nəzərdə tutulubmuş

Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində sovet ordusunun keçmiş hərbi bazasının ərazisində aparılan əməliyyatlar zamanı indiyədək respublikada rast gəlinməyən döyüş sursatları aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Güzdək hərbi bazasının ərazisində təmizləmə işləri aparan Xüsusi Əməliyyat Qrupunun supervayzeri Füzuli Namazov məlumat verib.

F. Namazovun sözlərinə görə, bu döyüş sursatları spesifikliyi ilə fərqlənir və əsasən diversiya əməliyyatları üçün nəzərdə tutulubmuş: «Biz oradakı hərbi anbarlarda indiyədək heç bir yerdə qarşılaşmadığımız sursatları aşkar edirik. Bu isə işləri çətinləşdirir və təhlükəliliyi artırır. Orada daha çox C4 adlanan partladıcılarla rastlaşırıq».

ANAMA nümayəndəsi bildirib ki, sovet dövründə partladılan hərbi bazanın 22 anbarından 18-də təmizləmə işləri başa çatdırılıb. 4 anbarda isə işlər davam etdirilir. Döyüş sursatları xüsusi vasitələrlə, məsafədən idarə olunan robotların köməyi ilə anbarların divarlarının altından götürülərək partlayış ərazilərinə daşınır və məhv edilir. İndiyədək bazanın ərazisində 1 434 163 kv.m ərazi təmizlənib, 10 852 ədəd mina və Partlamamış Hərbi Sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Təmizləmə əməliyyatlarının ilin sonlarına qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Güzdək hərbi bazasını sovet ordusu Azərbaycanı tərk edərkən partladıb. Hərbi baza, əsasən, xüsusi əməliyyatlar üçün nəzərdə tutulub. SSRİ dövründə orada bəzi Yaxın Şərqin sosialist ölkələrinin xüsusi təyinatlı qüvvələrinin mütəxəssisləri də hazırlanıb.






16 Aprel, 2011  16:19 Baxılıb: 1331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner