Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Tolik müğənnilərin qruplaşmasını aşkar etdi - FOTO

Simsar.az xəbər verir ki, ATV-də yayımlanan səs-küylü "Kimdir nömrə1" layihəsinin ilk duelində qalib müğənni Elvin Abdullayev oldu.

İki saatdan artıq canlı yayımlanmış şouda Vüqar Muradovu 57 səs faizi ilə geridə qoyan müğənniyə tamaşaçılar yetərincə dəstək çıxdılar.

"Kimdir nömrə 1"in ilk efiri həm də dəyişilməz ekspertlər - tanınmış teleaparıcılar - Cavid Gül, Afaq Gəncəli və ölkənin əsas prodüseri Tolikin kəskin çıxışları ilə yadda qaldı.

Hər zaman sözün düzünü deyən Tolik, birincilik uğrunda yarışan müğənnilərin öz aralarında qruplaşma yaratmasını açıq şəkildə dilə gətirdi :

"Necə olur,  iştirakçıların verdiyi 50 səs dueldə yarışan Elvin və Vüqar arasında eyni bölünür? Bu qruplaşma deyil bəs nədir? Qoy hamı bilsin ki, əsas söz tamaşaçıların olacaq. Məhz onların göndərəcəyi SMS lər qalibin kimliyini müəyyənləşdirəcək"..

Qeyd edək ki, uduşa qoyulmuş avtomobil uğrunda gələn həftə müğənnilər Yaşar Yusubla Günay İbrahimli yarışacaqlar.

Şahin Cavadsoy

Simsar.Az






12 Noyabr, 2014  01:29 Baxılıb: 2278 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner