Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müsavatda ikitirəlik yaratmaq cəhdləri var

Bu gün Müsavat Partiyasının Divanının növbəti iclası keçirilib.

Simsar.az-ın məlumatına görə, partiyanın rayon təşkilatlarının iştirakı ilə keçirilən zona müşavirələri barədə məlumatlar dinlənilib.

Qeyd olunub ki, keçirilən müşavirələrdə seçkinin nəticələrindən narazı qalan bir qrup şəxsin pozuculuq, fraksiya və başqa adlar altında partiyada ikitirəlik yaratmaq cəhdləri kəskin şəkildə pislənilərək bəyanat və müraciətlər qəbul olunub.

Toplantıda partiyada ikitirəlik yaratmaq cəhdləri ilə bağlı bəyanat qəbul edilib, noyabrın 23-də Bakıda ümumrespublika müşavirəsinin keçirilməsi qərara alınıb.

Bəyanatda deyilir ki, Müsavat Partiyasının VIII Qurultayından sonra seçkinin nəticələrindən narazı qalan bir qrup partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyət göstərir. Müsavatın əleyhinə olan bu fəaliyyətin kəskin pislənilməsini də nəzərə alaraq, Divan bu şəxslərdən Müsavat Partiyasının əleyhinə yönəlmiş pozuculuq hərəkətlərinə və partiyada paralel strukturlar yaratmaq cəhdlərinə son qoymağı, davranışlarını partiyanın Nizamnaməsinə uyğunlaşdırmağı tələb edir.






11 Noyabr, 2014  19:59 Baxılıb: 657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner