Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MDB ölkələri birgə hərbi təlimlər keçirəcəklər

Moskvada MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclasında Birliyin Müdafiə nazirlikləri hərbi tərəfdaşlığın beynəlxalq hüquqi bazası üçün əsas yaradıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, 2020-ci ilədək MDB iştirakçı ölkələrinin hərbi əməkdaşlığının konsepsiya layihəsi hazırlanıb və təsdiq edilməsi üçün dövlət başçılarına təqdim olunub.

S.Şoyqu qeyd edib ki, 2015-ci ilin avqust-sentyabr aylarında "Hərbi Birlik - 2015" adı altında döyüş atışı ilə birgə hərbi təlimlərin keçirilməsi təsdiq edilib. Hərbi təlimlər Rusiyanın Aşuluk poliqonunda keçiriləcək.

Digər tərəfdən, MDB ölkələrinin hərbi mütəxəssislərinin hazırlanmasının təkmilləşdirilməsi haqqında qərar qəbul edilib.

Ümumilikdə iclasda 20-dan artıq məsələyə baxılıb.






11 Noyabr, 2014  18:11 Baxılıb: 665 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner