Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qəbələdə tolerantlıq mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  təşkilatçılığı ilə Qəbələ şəhərində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Azərbaycan – tolerantlığa nümunə ölkə" mövzusunda dəyirmi masa-konfrans keçirilib.

Simsar.az xəbər verir ki, Konfransda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısının müavini Abil Ağasəfov iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Daha sonra qonaqlar Qəbələ şəhər Cümə və Yeni şəhər məscidlərini ziyarət edərək, dindarlarla görüşüblər.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O, qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.

Komitə sədri dövlətin din sahəsinə qayğısından, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətlərindən söz açaraq, ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayıb.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, Azərbaycan tolerantlıq sahəsində bütün dünyaya nümunədir: “Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq, dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. Ona görə də, indiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur".

Hüseyn İbadlı






11 Noyabr, 2014  15:41 Baxılıb: 737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner