Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Əmisi oğlunu bıçaqladı

Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1983-cü il təvəllüdlü, Quba rayonunun Qəşrəş kənd sakini Hacıyev Anar Qurbanəli oğlu ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona boyun nahiyəsindən kəsici alətlə xəsarət yetirildiyi müəyyən olunub. Əməliyyat olunan A. Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Quba rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsini zərərçəkənin əmisi oğlu, 1983-cü il təvəllüdlü Qəşrəş kənd sakini Hacıyev Amil Güləli oğlu tərəfindən törədildiyi məlum olub. Hadisə tərəflər arasında torpaq üstündə yaranan mübahisə zamanı baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən A. Hacıyev saxlanılıb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.






11 Noyabr, 2014  14:56 Baxılıb: 720 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner