Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ombudsman Aparatı Ədliyyə Nazirliyinə müraciət etdi

İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupu 10 cəzaçəkmə müəssisəsində monitorinq aparıb.

Bunu Simsar.az-a açıqlamasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri Vüqar Məhərrəmov deyib.

O bildirib ki, “Cəzadan azadolunmuş məhkumların sosial adaptasiyası haqqında Qanun”a uyğun olaraq oktyabrdan başlayaraq 1, 2, 4, 6, 10, 11, 12, və 13 saylı cəzaçəkmə müəssisələrində vəziyyətlə tanış olublar.

V. Məhərrəmovun sözlərinə görə, həmin müəssisələrdə məhkumlarla maarifləndirmə tədbirləri də keçirilib.

V. Məhərrəmov Bakı və Gəncə istintaq təcridxanalarında azyaşlı məhkumların saxlanma şəraitinin araşdırıldığını da qeyd edib.

Onun sözlərinə görə, Gəncədə azyaşlılar üçün cəzaçəkmə müəssisəsinin binası köhnə olduğundan saxlanma şəraiti qənaətbəxş deyil. O bildirib ki, artıq Ombudsman Aparatı bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edib: “Gəncə Telepensiar Kompleksinin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Yeni müəssisənin tikinti işlərinə başlanılıb. Gələn ilin sonuna kimi Gəncə Telepensiar Kompleksi istifadəyə veriləcək”.

Aysel Kərimova

 

 






11 Noyabr, 2014  14:31 Baxılıb: 939 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner