Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ertmənistan parlamenti Dağlıq Qarabağla bağlı qanun layihəsini müzakirə edəcək

Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edəcək.

Simsar.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəd müxalifətçi “İrs” fraksiyasının deputatı Zaruhi Postancyan tərəfindən təqdim olunub.

Parlamentin sədri Qalust Saakyan bildirib ki, layihə barədə xarici əlaqələr komissiyası hər hansı qərar qəbul etməsə də, sənəd parlamentin müzakirəsinə çıxarılacaq, çünki “İrs” fraksiyası bu layihəni təcili məsələ kimi təqdim edib.

Qanun layihəsində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması, Ermənistanın və Dağlıq Qarabağın sərhədlərində digər dövlətlərin və beynəlxalq qurumların sərhəd, gömrük məntəqələri yerləşdirməsinin qadağan olunması, Ermənistanın onun müstəqilliyini məhdudlaşdıran hansısa struktura qoşulmasının istisna edilməsi və digər məsələlər nəzərdə tutulur.

131 deputatdan ibarət parlamentdə 4 yerə sahib olan “İrs” fraksiyası bu layihəni ilk dəfə 2009-cu ildə təqdim edib. Lakin çoxluğa malik Respublika Partiyası layihənin müzakirəsini əngəlləyib.






11 Noyabr, 2014  10:52 Baxılıb: 681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner