Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Türk müğənnisi Emre Kaya: "Azərbaycan canımdan-candır" - GECƏ AÇIQLAMASI - FOTO

Simsar.az xəbər verir ki,  Bakımızın qonağı olan türkiyəli ulduz Emre Kaya bu dəqiqələrdə paytaxtın gecə klublarının birində mini-konsert proqramı ilə çıxış edir.

Tanınmış estrada müğənnisi Sevinc Ağaşirinovanın dəvəti ilə Azərbaycana qonaq gəlmiş Emre, səhnəni də elə Sevinclə bölüşüb.

Sevənlərinin qarşısına çıxmamışdan öncə Simsar.az-ın  əməkdaşına eksklüziv açıqlama verən E.Kaya xoş təəssüratlarını oxucularımızla bölüşdü:

"Azərbaycan canımdan-candır. Mən hər yerdə qürurla söyləyirəm ki,  babam bakılıdır.

Adı Vahiddir.

Özüm 1985-ci ildə İstanbulda doğulmuşam.

Zirvəyə gedən yolda həmişə əzmlə addımlamışam. Özümü tərifləmək kimi çıxmasın, ərsəyə gətirdiyim bütün bəstələr hit olur.

Təşəkkür edirəm Azərbaycanda ilk konsertimi təşkil edən dostlarımıza. Sevinc Ağaşirinovanın insanlığına aşiq oldum. Səsi də çox şirindir. İnşAllah birlikdə maraqlı layihə ərsəyə gətirə bilərik.

Günlərdir doğmalıqla əhatə olunmuşam. Heç istəməzdim istiqanlı insanların yaşadığı şəhərinizdən ayrılım.

Təəssüflər olsun ki, İstanbulda işlərim var. Bu gün axşam komandamla birlikdə Türkiyəyə qayıdacağıq, amma ürəyimiz sizinlədir.

Ən qısa zamanda yenidən görüşəcəyimizə inanıram. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı".

Şahin Cavadsoy

Simsar.Az






11 Noyabr, 2014  01:27 Baxılıb: 8387 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner