Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sakarya Universitetində Azərbaycanla bağlı tədbir keçirilib

Sakarya Universiteti Kongre mərkəzinde Sakarya Universiteti Azərbaycan Öğrenci Topluluğu tərəfindən Azərbaycanla bağlı tədbir keçirilib.

Simsar.Az xəbər verir ki, SAÜ və AzÖT tərəfindən düzənlənən paneldə Sakarya Valı yardımcısı Nurettin Yücel, SAÜ rektor yardımcısı Prof. Dr. Musa EKEN millət vəkili Qənirə Paşayeva, təhsil muşaviri Doç. Dr. Nəcibə Nəsibova, Türkiyə Azərbaycan Deərnəkləri Feederasiyasının başqanı Bilal Dündar, Sakarya Universiteti öğretim üyesi Prof. Dr. Haluk Selvi ve AzeDer baş kordinatoru Elçin Əliyevin iştirakı ilə hər 2 ölkənin milli himni ilə başlayıb. AzÖT Başqanı Aliq Bağırov açılış çıxışında Azərbaycanın müstəqilliyinə gedən yoldan, tarixdən geniş danışıb. Panel Oturum başqanı Prof Dr.Haluk Selvi Türkiyə və Azərbaycanın bir millət və iki dövlət olması, Azərbaycanın Təhsil Müşaviri Nəcibə Nəsibova Azərbaycan xalqının tarixi boyu azadlıq uğrunda mücadiləsindən danışıb.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın müstəqilliyə gedən yolu, Azərbaycan tarixi, bu günü, həqiqətləri ilə bağlı tədbir iştirakçılarına geniş məlumatlar verib. O, Qarabağ münaqişəsi barədə geniş çıxış edərək harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün daha çox və daha fəal çalışmalı olduğunu dilə gətirib.

“Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir”, – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.

Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Biz bir olaraq Dağlıq Qarabağ, Xankəndi, Şuşa Laçın və digər o gözəl torpaqları birlik və bərabərlik içərisində işğaldan azad edə bilərik. Və mən inanıram ki, biz bunu edəcəyik və bu cür gözəl tədbirləri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz o gözə torpaqlarımızda da keçirə biləcəyik.”,- deyərək fikirlərini yekunlaşdırıb. .Tədbirin əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva “İnşallah gələn tədbirimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik”- deyə millət vəkili qeyd edib. AzeDer Baş Kordinatoru Elçin Əliyev isə Azərbaycanın iqtisadi inkişafından, Azıərbaycanla Türkiyə arasında hər gen daha da artan iqtisadi əməkdaşlıqdan, böyük enerji lahiyələrindən danışıb.

Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu Başqanı Bilal Dündar isə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafında gənclərin və qeyri kökumət təşkilatlarının da üzərinə böyük rol düşmsi barədə geniş çıxış edib. Tədbirin sonunda tədbirdə iştirak edən gənclər və ziyalılayla xatirə şəkli çəkilib və Sakarya Universitetinin rəhbərliyi gənclərin Azərbaycanın daha geniş tanımaları istiqamətində bu tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Millət vəkili Qənirə Paşayeva isə bu istiqamətdə tədbirlərə daha çox ehtiyacı olduğunu bildirərək Azərbaycanla bağlı bir kimi tədbirlərin tez-tez keçirilməsini diləyib.






9 Noyabr, 2014  15:39 Baxılıb: 856 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner