Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Türkiyəli ulduz Bakıda klip çəkdirir - FOTO

Simsar.az xəbər verir ki,  Bakımızın qonağı olan türkiyəli ulduz Emre Kaya sabah kameralar qarşısına keçəcək. Bu barədə oxucularımızı rejissor Nail Hüseyn (Naiboğlu) məlumatlandırdı :

"Emre ilə Azərbaycana gəldiyi gün tanış olduq. Müğənni dostumuz Sevinc Ağaşirinovanın dəvəti ilə paytaxtımıza qonaq gəlmiş Emre burada klip çəkdirmək arzusunu söylədi. Onu da deyim ki, o, əslən azərbaycanlıdır. 70 il öncə ulu babası Türkiyəyə köçüb.

Bir sözlə vətəninə bağlı bir insan kimi tanıdım onu. Emre istədi ki, repertuarında yer alan "Yaz" mahnısına Bakıda klip çəkim. İnşAllah sabahdan çəkilişə start verəcəyik".

Nail, açıq şəkildə etiraf etdi ki, evinə basqın edildikdən sonra  qonorarla bağlı ünvanlanan sualları cavabsız qoyur.

Qeyd edək ki, Emredən əvvəl rejissor türk müğənniləri Orxan Ölməz, Küçük İbo üçün də kliplər çəkib.

Ondan da xəbəriniz olsun ki, ayın 10-da paytaxtdakı klubların birində Emrenin solo konsert baş tutacaq.

O, səhnəni qonağı olduğu S.Ağaşirinova ilə paylaşacaq.

Şahin Cavadsoy

Simsar.Az






8 Noyabr, 2014  22:58 Baxılıb: 2444 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner