Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şəhidin medalı Gəncədə ailəsinə təqdim edilib

Bayraq günü ərəfəsində Müdafiə Nazirliyinin bir qrup rəhbər işçisi Gəncədə şəhid ailəsinə baş çəkib.

Simsar.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nazirliyin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini polkovnik  Abdulla Qurbani bu ilin aprel ayında cəbhə xəttinin Füzuli rayonu istiqamətində minaya düşərək şəhid olan əsgər Seyfəddin Kərimovun atasına “Hərbi xidmətdə fərqlənməyə görə” medalını və onun vəsiqəsini təqdim edib. Şəhid əsgər bu medala ölümündən sonra müdafiə naziri Zakir Həsənovun əmri ilə layiq görülüb. Əsgərin ailəsi ilə görüşə onun qulluq etdiyi hərbi hissənin və Beyləqan hərbi birləşməsinin şəxsi heyətinin yüksək rütbəli nümayəndələri də gəlib. Şəhidin ailə üzvləri övladlarının Vətən uğrunda qəhrəmancasına həlak olması ilə qürur duyduqlarını deyiblər.

Daha sonra hərbi qulluqçular şəhidin ailə üzvləri ilə birlikdə Seyfəddin Kərimovun Gəncənin şəhidlər xiyabanındakı məzarını ziyarət edib. Şəhidin qəbri üstündə bir daha onun şücaətli döyüş yoluna nəzər salınıb. Onun xidmətləri və bu xidmətlərin dövlət tərəfindən qiymətləndirilməsinin gənc nəsil üçün ən gözəl nümunə olduğu deyilib.






8 Noyabr, 2014  22:06 Baxılıb: 872 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner