Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Orduda psixoloqların təcrübəsindən istifadə olunacaq

Azərbaycan ordusunda tanınmış psixoloqların təcrübəsindən istifadə olunacaq.

Simsar.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Hərbi psixoloqların təlim-toplantısına hazırlıq məqsədilə tədbir keçirilib.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabit və professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə şəxsi heyətin döyüş hazırlığının artırılmasında, təlim-tərbiyə işinin təşkilində və aparılmasında psixologiya elminin və psixoloqların hər zaman mühüm rolu olması bildirilib.

Görüşdə hərbi hissələrdə hərbi psixoloqların işinin təşkili və onların vahid sistem şəklində yaradılması, təlim prosesi proqramlarının hazırlanması, hərbi psixoloqlar üçün ədəbiyyatın, dərs vəsaitlərinin, topluların, psixoloji testlərin tərtib edilməsi, eləcə də psixoloji təhlillərin aparılması üsulları müzakirə edilib.

Tədbirdə hərbi psixoloqların Silahlı Qüvvələrdə vacibliyinin önə çəkildiyi, bu işə cavabdeh zabitlərin daha peşəkar olmaları üçün tədris kurslarının məhz müdafiə nazirinin təşəbbüsü ilə keçirilməsinin planlaşdırıldığı və bu səbəbdən də ordumuzda tanınmış psixoloqların təcrübəsindən istifadə olunacağı qeyd edilib.






8 Noyabr, 2014  11:30 Baxılıb: 704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner