Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“İslamı silmək üçün təxribat aparılır” - Yaqub Mahmudov

“Bizi gözləyən çətinlikləri İslam aləminə çatdırmalı və mənsub olduğumuz dinlə bağlı fikir mübadiləsi aparmalıyıq”.

Bunu “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilən treninqdə AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

O bildirib ki, dünya müharibələri dövründə idarəetmə bu qədər mürəkkəb olmayıb: “Bu gün dünya etnik milli toqquşmalarla zəngindir. Sərhədlər açılır, dövlətlər bir-biri ilə əlaqəyə girir. Başqa dövlətlərin sərvətlərini asanlıqla mənimsəməyə çalışan güc birlikləri mövcuddur”.

O qeyd edib ki, ABŞ-da dövlətə xəyanət edən şəxs elektrik kürsüsündə oturmaqla cəzalandırılır. Amma Azərbaycanda bu addım insan hüqularını tapdalamaq kimi qəbul olunur: “Bəs, Xocalı soyqrımına məruz qalan insanların haqlarını dünya düşünürmü? Xristianlığı müsəlman dövlətlərində eləcə də Azərbaycanda yaymaq həm orta dövrdə, həm Çar dövründə aparılıb. Bizim əlimizdə bunu sübut edəcək sənədlər var. Lakin, qısa müddət sonra xristianlıqda kiçik dini məzhəblərin meydana gəlməsi xristianlığın insanları və dünyanı birləşdirməyə qadir olmayan din olduğunu sübut etdi”.

O deyib ki, vahid dünya yaratmaq üçün mərkəzdən idarə olunan sistem yaradılmalıdır: “Bu gün İslam dinini dünyadan silmək üçün vahid qüvvələr tərəfindən düşünülmüş təxribat aparılır. Biz bununla mübarizə etməliyik”.

Aysel Kərimova






8 Noyabr, 2014  11:23 Baxılıb: 787 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner