Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Radikal qrupların təsiri altına düşürük” - Mübariz Qurbanlıdan narahatlıq

“İslam dini hər birimizin dinidir. Bu dəyəri qorumalıyıq. Lakin təəssüf ki, bəzi radikal qrupların təsiri altına düşürük”.

Simsar.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilən treninqdə deyib.

M.Qurbanlı bildirib ki, bu gün sosial iqtisadi inkişafla mənəvi dəyərlər arasında fərqlər yaranıb. “İqtisadi inkişafla müqayisədə milli dəyərlərin öyrənilməsi və təbliğinda mühüm addımlar atılmalıdır. Bu baxımdan hesab edirəm ki, tariximizi öyrənməklə  bu problemləri aradan qaldırmalıyıq. Ən əsası isə tariximizi öyrənmək üçün hədəflər seçməliyik. Dünyadakı 50 milyonluq azərbaycanlının hər birinin Şimalı Azərbaycanı öz vətəni kimi hiss etməlidir”.

Komitə sədri qeyd edib ki, heç bir qüvvənin dini dəyərlərimizə müdaxilə etməsinə imkan verməməliyik.

Aysel Kərimova






8 Noyabr, 2014  11:02 Baxılıb: 708 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner