Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Müasir Azərbaycan folklorşünaslığı” işıq üzü gördü

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda filologiya elmləri doktoru Seyfəddin Rzasoyun “Müasir Azərbaycan folklorşünaslığı” (I cild, Mif və epos məsələləri) kitabı işıq üzü görüb.

İnstitutdan Simsar.az-a verilən xəbərə görə, kitabda müəllifin müasir Azərbaycan folklorşünaslığında mif və epos məsələlərinə dair tədqiqatlar haqqındakı resenziyaları toplanıb. Ayrıca məqalələr, yaxud kitablara yazılmış müqəddimələrdən ibarət bu resenziyaları bir neçə əsas xüsusiyyət birləşdirir. Bu yazıların hamısı müəllifin müstəqillik dövrü Azərbaycan folklorşünaslığı üzərində apardığı ardıcıl müşahidələrini əks etdirir. Hansı formada (məqalə, yaxud müqəddimə) yazılmağından asılı olmayaraq, həmin yazılarda təqdim olunan kitablar həsr olunduğu problemin tarixi və bugünü baxımından dəyərləndirilir. Müəllif resenziyalarda təqdim etdiyi əsərlərin probleminə fərdi elmi baxışlarını da gerçəkləşdirir. Kitabın redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Ramazan Qafarlıdır.

Günel







8 Noyabr, 2014  09:10 Baxılıb: 959 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner