Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Gəncədə dəhşətli qəza - Ölən və yaralanan var

Bu gün səhər saat 7:00 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində olümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Simsar.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncə sakini 30 yaşli Vüqar Qasımovun idarə etdiyi VAZ 2106 markalı avtomobillə Göygöl sakini 53 yaşli Surahi Həsənovun idarə etdiyi CHEVROLET markalı avtomobil toqquşub. Nəticədə VAZ - ın sürücüsü Vüqar Qasımov hadisə yerindəcə dünyasini dəyişib. Digər avtomobilin sürücüsü Sürahi Həsənov isə ağır dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Dünyasını dəyişən sürücünün meyitini avtomobildən çıxarmaq üçün hadisə yerinə FHN-nin xilas ediciləri də cəlb olunublar.

Onlar xüsusi alət və avadanlıqlardan istifadə etməklə meyiti avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

“Səhər saatlarında reanimasiya şöbəsinə avtoqəza nəticəsində bir nəfər xəstə daxil olub. Yaralının müxtəlif xəsarətləri var. Müayinə və müalicələr davam etdirilir. Vəziyyəti çox ağırdır”, - həkim Şahin Quliyev bildirib.






8 Noyabr, 2014  09:34 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner