Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Kirşəhərdə 4 gün və yaxud da “AŞIQ PAŞA 5-Cİ ULUSLARARASI ŞEİR ŞÖLƏNİ” – FOTOLAR

On gün bundan öncə facebookda türk dostlarımdan biri olan canım qədər sevdiyim, Zübeydə Gökbulutdan bir ismarıc aldım. Məni hər il Türkiyənin Kırşəhərində keçirilən beynəlxalq şeir festivalına dəvət edirdi. Əvvəl tərəddüd etsəm də sonradan böyük məmnuniyyətlə festivala qatılacağımı dedim. Hazırlığı görüb yola düşdüm. Bakıdan bir başa Kırşəhərə təyyarə reysi olmadığından Bakı- Ankara reysi ilə uçmalı oldum. Ankaradan isə kırşəhərə təxminən iki saatlıq yoldu. Avtobusnan rahat getmək olur. Təyyarədən söz düşmüşkən deyim ki Ankaraya Türk hava yolları ilə də uçmaq olur , Azalın reyləri ilə də.Türk Hava Yolları azaldan 100 manat ucuz başa gəlir , amma Azaldan bir az komfortu azdı. Azalın reyləri ilə uçmalı oldum . Və 2 saat 10 dəqiqəlik uçuş başa çatdı. Adam acgözlüklə onu ciyərlərinə çəkmək istəyirdi.

Esenboğa Hava Limanına çatar çatmaz bizi yağış qarşıladı. Yağmurlu hava olsa da Ankaranın havası o qədər təmiz idi ki, adam acgözlüklə onu ciyərlərinə çəkmək istəyirdi. Sanki hava udmaqdan doymursan.. Hava Limanından sıra ilə səliqəli şəkildə bir birinin ardınca avtobuslar işləyir.5 dəqiqə vaxt intervalı ilə yola düşürlər. Adam başı qiymətdə təxminən 2 manata yaxın pul edir. 2 manata paytaxtın bu başından o biri başına rahat gedirsən. Daha bizdəki kimi taksi sürücüləri sənin üstünə qaçıb abırdan həyadan salmır. Otoqardan bir avtobusa oturub bir başa Kırşəhərə yola düşdüm.Məlumat üçün deyim avtobus o qədər komfort idi taksi ilə getməməyimə sevndim. Avtobusda yol boyu servis xidməti (çay kofe şirə , keks ,biskivit) vifi xidməti ,qarşında monitorda tv kanalaların izləyə ,radio dinləyə , oyunlar oynaya bilərsən. Xülasə yol sənə yorucu gəlmir. Yol boyu “Anons edirlər ki lütfən telefonunuzu səssiz rejimə koyun. Arkadaşınız rahatsız olmasın” amma bizdə adam avtobusa minəndən çığıra çığıra danışacaq, bütün diqqəti cəlb edəcək, vatçapı açıq saxlayacaq, hər gələn sms milləti narahat edəcək. Hamı ürəyində ya da dilində həmin adamın 7 arxa dönənini xatırladıb bir daha da avtobusa minməməyə özünə söz verəcək. Nəhayət hava qaralan kimi çatdım Kırşəhərə. Deyilən yerdə məni Turqut adında bir nəfər qarşılayıb Zübeydə xanım gilə gətirdi. Zübeydə xanımgilə getməyi düzü istəmirdim. Otelə yerləşmək istəyirdim.Necə olsa tanımadığın yer. Zübeydə xanımla da yalnız virtula tanışıq. Səsini belə eşitməmişəm.Zübeydə xanımgilin evi Kırşəhərin mərkəzində yerləşir . Iki mərtəbəli binanın ikinci mərtəbəsində qalırlar. Zübeydə Gökbulut Kırşəhər Şair və Yazarlar Dərnəyinin sədridi. Əsl türk xanımıdı. Müəllimlikdən təqaüdə çıxıb .Indi də yaradıcı insanları ətrafına yığıb öz adət ənənələtini ,kültürlərini , ədəbiyyatlarını həm yaşatmaq həm də yaratmaqla məşğuldurlar.

SEYFE GÖLÜNDƏ ŞEİR GECƏSİ

Evlərində o qədər mehribanlıq semimiyyət diqqət göstərdi ki elə bildim neçə ildi yaxın qohumumdu.Adamın başına dolanırdı. Bütün türk mətbəx nümunələrindən bişirib yolumu gözləyirdi. Yeməkdən sonra dedi ki yerli televiziyadan arkadaşlar indi gəlirlər səndən reportaj etməyə. Ahitv –dən gəlib müsahibə aldılar.Axşam isə ikinci bir supriz oldu. Zübeydə xanımin evinə kırşəhərin tanınmış şair və yazarları o cümlədən sonradan dostlaşdığım gözəl və məlahətli səsi ilə hamımızı ovsunlayan Idris Altuner təşrif buyurdu. Gecə yarısına kimi saz çalıb mahnı oxuyub şeir dedik. 5 ci beynəlxalq aşık paşa şiir şöləni oktyabrin 31 də başladı. Festivala Türkiyənin müxtəlif bölgələri ilə yanaşı ilə Azərbaycan, Almaniya və bir neçə ölkədən yazarlar dəvət olunmuşdu. Proqram ilk olaraq Kırşəhərin Seyfe Gölü adlanan ərazisində başladı. Seyfe gölü fauna və flora aləmi ilə zəngin olan bir qoruqdu. Burada minlərlə güllər bəslənir. Heyvanat aləmi zəngindi. Əsasən də Flaminqolar artım üçün bura gəlirlər. Seyfe gölü ərazisində keçirilən proqramda Türkiyənin bütün bölgələrindən gələn şairlərlə həm yaxından tanış olduq. Həm də gözəl şeirlər dinlədik. Oxudugum iki sevgi şeiri sevgi və rəğbətlə qarşılandı.Məclis sazın sözün sehrində keçirilirdi. İdris Altuner və digər sənətçilərin ifasında səslənən el havaları aşıq mahnıları gecəyə damğasını vurdu.türkiyənin doğu bölgəsindən festivala qatılan Gokmen Sakinin”Otomatik Gəlinlər”şeiri isə əhfalımızı birə beş artırdı. Gökmən həm də şeiri xüsusi ləhcə ilə dediyindən daha şirin anılırdı. Şeir festivalının əsas hissəsi isə noyabrin 1 də Kİrşəhərin mərkəzində 2 ci kültür müdürlüyü konfrans salonunda baş tutdu.250 nəfərlik salon türklər demişkən tıklım tıklım doluydu. Burada sözün əsl mənasında həyacan yaşanırdı. Əsasən də kənardan qatılanlara daha çox diqqət ayrılırdı deyə həyacan yaşadım.. Tədbir axşam saatlarında başladı. Aparıcı indi də söz Azərbaycandan aramıza qatılan Könül Nazımqızıya verilir deyəndə həyacanımı gizlədə bilmirdim. Amma səhnədə sənə insanların sevgisini görəndən sonra adam heç nə düşünmür”ürəksiz sevilmək sevilməməkdir “ şeirim alqışlarla qarşılandı. Türkiyə-Azərbaycan münasibətlərindən danışdım. İki dövlət bir millət yox , bir millət 10 dövlət olmağımızı arzuladım. Tədbirin sonunda Kırşəhər Yazarlar və Şairlər Dərnəyi tərəfindən müxtəlif mükafatlarla təltif edildim.

Ümumiyyətlə dünyanın 10 larla ölkəsini gəzmişəm Avropada Asiyada olmuşam. Amma türkiyədə tapdığım rahatlığlı ,gördüyüm mehribanlığı heç bir yerdə görməmişəm.hər addımlığımda bir qonaqpərvərliklə qarşılaşırsan. Sənə qardaş sevgisini göstərirlər. Və beləcə xoş təəsüratlarla Türkiyədən ayrıldım.

Könül Nazimqızı







8 Noyabr, 2014  08:45 Baxılıb: 1571 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner